az en ru

Müasir informasiya və telekomunikasiya texnologiyaları özünün dinamik inkişaf potensialı ilə ayrı-ayrı müəssisələr və bütövlükdə cəmiyyət qarşısında əmək və məşğulluğun yeni formaları üçün böyük imkanlar yaradır. Bu imkanların spektri gündən-günə genişlənir. İnformasiya və telekomunikasiya texnologiyalarının müasir mahiyyəti “Elektron Hökümət” Proqramı şəklində dövlət xidmətlərinin təqdimatıdır. Hal-hazırda Azərbaycanda “Elektron Hökümət” Proqramı uğurla həyata keçirilir. Bu Proqram çərçivəsində bütün respublikanın bütün ərazisini əhatə edən məlumatların ötürülməsi şəbəkəsi – AzDataCom şəbəkəsi yaradılıb və hal-hazırda uğurla idarə olunur, şəbəkə üzərindən fiziki və hüquqi şəxslərə internet və data xidmətləri göstərilir.Müəssisənin əsas iş prinsipi – xidmətlərin yeni texnologiyalar bazasında inkişafı, təkmilləşməsi və bunun müqabilində müştərilərə ucuz qiymətlərlə keyfiyyətli xidmətlərin göstərilməsidir.

1.Dövlət qurumları və korporativ müştərilərə

AzDataCom istənilən dövlət və özəl sektora aid idarə, bank, müəssisə və təşkilatların, hər-hansı ticarət şəbəkəsinin, anbarların və digər biznes strukturları olan iri bir müəssisənin bir-birindən uzaqda yerləşən filiallarının və onların əməkdaşlarının qarşılıqlı əlaqəsinin müəyyən zaman ərzində bir mərkəzdən idarə olunması üçün yüksək sürətli multiservis şəbəkəsinə malikdir. AzDataCom verilənlər baza şəbəkəsinin yaradılması istiqamətində tam xidmətlər paketini özündə əks edərək, bununla da aşağıdakı xidmətlərin yüksək səviyyədə təqdim edilməsinə zəmanət verir.

AzDataCom istifadəçiləri üçün iqtisadi cəhətdən əlverişli, yüksək keyfiyyətli və istifadədə rahat olan xidmət proqramını təqdim edir. Mütəxəssislərimiz şirkətinizin xüsussiyyətlərini nəzərə alaraq Sizə uyğun olan ən optimal həlli təklif edəcəklər.

Korporativ müştərilərlə işdə əməl etdiyimiz əsas prinsiplər aşağıdakılardır:

  • Uzun müddətli əməkdaşlıq xatirinə müştərilərimiz üçün maksimum mənfəət və rahatlıq;
  • İşçilərimizin bacarığı və səriştəsi, hər bir müştəriyə fərdi yanaşma ilə təmin edilən yüksək xidmət səviyyəsi;
  • Müştərilərə qayğı, onların rəy və istəklərinin öyrənilməsi və təhlili, ehtiyaclarının ödənilməsi üçün xüsusi həllin işlənib təqdim edilməsi.

AzDataCom müştəriləri arasında Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu, “Azərpoçt” MMC, “Azərenerji ASC” və sair dövlət və özəl qurumları görmək olar.

2.Fiziki şəxslərə

Asymmetric Digital Subscriber Line - Asimmetrik Rəqəmli Abunəçi Xətti - sayəsində insanlar telefonla danışarkən İnternetə də eyni anda, həm də yüksək sürətlərlə bağlana bilir. Bunun üçün də tək bir xətt kifayətdir. Bir çox DSL (Digital Subscriber Line) mövcuddur, lakin bunlardan ən çox istifadə ediləni ADSLdir.(Asimmetrik DSL). Asimmetrik DSL deyilməsinin səbəbi məlumat ötürmə sürətlərinin dəyişik olmasıdır.

ADSL üstünlüklərindən biri xüsusi xəttlərə gərək olmamasıdır. POTS (Plain Old Telephone System) də deyilən mövcud mis telefon telləri üzərindən əlaqə qurulur.ADSL əslində xəttlərə verilən ad deyil modemlərə verilən addır.

“AzdataCom” şəbəkəsinin istifadəyə verilmiş məntəqələrinin genişlənmədən sonra olan struktur sxemi

BAKI ÜZRƏ REGİONLAR ÜZRƏ

Sürət (Kbit/s) Qoşulma haqqı (AZN) Qiymət (AZN)
2048 5,00 15,00
3072 5,00 20,00
4096 5,00 30,00
5120 5,00 40,00
6144 5,00 50,00
8192 5,00 60,00
10240 5,00 80,00
     
VPI 8 VCI 35

DNS

188.72.128.10
188.72.128.20

Login : Istifadəçi adı

Sizin internet üçün istifadə edəcəyiniz ev və ofis nömrəsi

Məsələn : 8527496

Password : Şifrəniz

Sizin internet üçün istifadə edəcəyiniz ev və ofis nömrəsinin son 6 rəqəmi

Məsələn : 527496

Buradan   online qoşula bilərsiniz