az en ru

AzDataCom şəbəkəsinin yaradılması Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən BMT-nin İnkişaf Proqramının (UNDP) tərəfdaşlığı ilə həyata keçirilən “Milli E-İdarəcilik Təşəbbüsü” layihəsinin əsas komponentidir. AzDataCom layihəsi məlumatların ötürülməsi üçün ölkənin bütün regionlarını əhatə edən şəbəkə infrastrukturudur.

Layihənin məqsədi

  • Milli informasiya və kommunikasiya infrastrukturunun potensialının artırılması
  • Dövlət orqanlarının, əhalinin və biznes sektorunun İKT xidmətlərinə artan tələbatının ödənilməsi
  • İnformasiya cəmiyyəti quruculuğunun mühüm elementi olan e-idarəciliyin inkişaf etdirilməsi
  • Ölkədə rəqəmli geriliyin aradan qaldırılması
  • E-hökumət xidmətlərindən istifadə imkanlarının təmin edilməsi

Layihənin komponentləri

Layihə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə layihəsidir. 2004-cü ildən icrasına başlanılmış layihədə AzDataCom şəbəkəsinin qurulması 4 mərhələdə həyata keçirilmişdir. I və II mərhələlərdə şəbəkənin Bakı, Sumqayıt şəhərlərini və Abşeron yarımadasını əhatə edən seqmenti istifadəyə verilmişdir. III və IV mərhələlərdə Bakı-Gəncə, Yevlax-Şirvan, Bakı-Astara istiqamətlərindəki rayonlar şəbəkəyə qoşulmuşdur.

Şəbəkənin xüsusiyyətləri

Şəbəkənin xidmətləri

Layihən üzrə nəticə

  • Bakı ilə regionlar arasında yüksəksürətli əlaqənin təmin olunması
  • Regionlarda internetin inkişaf etdirilməsi və İKT-dən istifadə imkanlarının artması
  • “Maliyyə xidmətlərinin inkişafı” layihəsinin həyata kecirilməsinə dəstək verilməsi (poçt şobələrinin AzDataCom-a qoşulması)
  • NGN texnologiyası xidmətlərinin inkişaf etdirilməsi
  • Distant təhsil, e-kommersiya, biznesin məsafədən idarə olunması və digər mütərəqqi fəaliyyət formalarının dünya standartlarına uyğun təşkilinə şərait yaradılması.

“AzdataCom” şəbəkəsinin istifadəyə verilmiş məntəqələrinin genişlənmədən sonra olan struktur sxemi

BAKI ÜZRƏ REGİONLAR ÜZRƏ

Sürət (Kbit/s) Qoşulma haqqı (AZN) Qiymət (AZN)
2048 5,00 15,00
3072 5,00 20,00
4096 5,00 30,00
5120 5,00 40,00
6144 5,00 50,00
8192 5,00 60,00
10240 5,00 80,00
     
VPI 8 VCI 35

DNS

188.72.128.10
188.72.128.20

Login : Istifadəçi adı

Sizin internet üçün istifadə edəcəyiniz ev və ofis nömrəsi

Məsələn : 8527496

Password : Şifrəniz

Sizin internet üçün istifadə edəcəyiniz ev və ofis nömrəsinin son 6 rəqəmi

Məsələn : 527496

Buradan   online qoşula bilərsiniz